satellite   Azerspace-1: 11135 H 30000

KİV: Suriya Prezidenti Küveyti ziyarət edəcək

KİV: Suriya Prezidenti Küveyti ziyarət edəcək

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa yaxın zamanda Küveyti ziyarət etməyi planlaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Küveytin “Al-Qabas” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Küveyt əş-Şəraanın yeni Suriya administrasiyasının başçısı kimi ziyarət edəcəyi Körfəz ölkələrindən ikincisi olacaq. Fevralın 2-də əş-Şəraa ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Fevralın 4-də Suriyanın müvəqqəti prezidenti Türkiyəyə səfər edib. İlk xarici səfərləri zamanı əş-Şəraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparıb.

Nəşr həmçinin bildirib ki, Küveyt Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının nazirlərin iclasına sədrlik edəcək. İclas bu il 27 fevral – 29 mart tarixlərində davam edəcək müqəddəs Ramazan ayı ərzində Məkkədə keçiriləcək.

“Al-Qabas”a görə, iclasda Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM