satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan Parlamenti Konstantinos Tasulası Prezident seçib

Yunanıstan Parlamenti Konstantinos Tasulası Prezident seçib

Yunanıstanın keçmiş parlament sədri Konstantinos Tasulas ölkənin yeni prezidenti seçilib. Bununla bağlı Yunanıstan parlamentində seçiklər keçirilib. Onun namizədliyini Baş nazir Kiriyakos Mitsotakis irəli sürüb.

Naxçıvan televiziyası xəbər verir ki, əvvəlki üç turda uğurlu nəticə əldə olunmadığı üçün parlamentdə dördüncü səsvermə turu keçirilib. Dördüncü turda prezident seçilmək üçün 151 səs tələb olunub. Tasulas 160 səs toplayaraq qalib gəlib.

Konstantinos Tasulas əsasən hakim "Yeni Demokratiya" partiyası və bir neçə müstəqil deputat tərəfindən dəstəklənib. Digər namizədlər müxalifət partiyaları tərəfindən irəli sürülmüş olsalar da, bu namizədlər lazımi səsə sahib toplaya bilməyiblər. Seçki müzakirəsiz keçib. Belə ki, deputatlar yalnız "lehinə" və ya "əleyhinə" ilə səs verə biliblər.

Yeni prezident martın 13-də and içəcək. Məhz o zaman indiki Prezident Katerina Sakellaropulunun beş illik vəzifə müddəti başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM