Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib

Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib

Avropaya qanunsuz miqrasiya təşkil etməkdə ittiham olunan iki Ermənistan vətəndaşı həbs edilib.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, turizm agentliklərindən birinin sahibi və direktoru, eləcə də onun əməkdaşı ölkə vətəndaşını qeyri-qanuni yolla Avropaya göndərmək üçün sənədləri saxtalaşdırıblar. Onlar bu xidmətlərinə görə 3300 avro alıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb, turizm agentliyinin ofisində isə doğum haqqında şəhadətnamələr və pasportların surətləri aşkar edilərək götürülüb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM