satellite   Azerspace-1: 11135 H 30000

Putin Trampla telefon danışığı aparıb

Putin Trampla telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.

“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.

Tramp son həftələrdə Rusiya Prezidenti ilə danışıq planları barədə dəfələrlə bəyanat vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM