satellite   Azerspace-1: 11135 H 30000

Lavrov Qafqaz və Mərkəzi Asiyadan olan əmək miqrantları üçün maneələrin yaradılmasına qarşıdır

Lavrov Qafqaz və Mərkəzi Asiyadan olan əmək miqrantları üçün maneələrin yaradılmasına qarşıdır

Mərkəzi Asiya, Cənubi Qafqaz, eləcə də keçmiş Sovet İttifaqının digər respublikalarından olan əmək miqrantlarının giriş rejiminin sərtləşdirilməsi Rusiyanın uzunmüddətli maraqlarına xidmət etmir.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "hökumət saatı"nda deyib.

O, "qaydaya əməl etmək lazımdır" fikri ilə razılaşıb, lakin viza rejiminin tətbiqinə qarşı çıxıb.

"Biz hesab edirik ki, onların davranışlarına nəzarəti gücləndirmək lazımdır, lakin maneələr yaratmaq, xüsusilə də viza rejimi tətbiq etmək olmaz. Bəli, mövcud olmuş qayda ilə müqayisədə indi əlavə tədbirlər görülür, lakin onlar əmək miqrasiyası üçün maneələrin yaradılmasına yox, məhz nəzarətin gücləndirilməsinə yönəlib", - S.Lavrov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM