satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna müharibə dövründə silahlanmaya 320 milyard dollar xərcləyib

Ukrayna müharibə dövründə silahlanmaya 320 milyard dollar xərcləyib

Ukrayna üçillik müharibə dövründə silahlanmaya 320 milyard dollar xərcləyib. ABŞ Kiyevə 67 milyard dollar məbləğində silah yardımı edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

“Mənə elə gəlir ki, yardımla bağlı məsələni həll etmək lazımdır. Bizdə tamamilə fərqli rəqəmlərdir. Müharibə bizə 320 milyard dollara başa gəlib. Bu məbləğin 120 milyard dolları bizim, Ukrayna xalqının, vergi ödəyicilərinindir, 200 milyardı isə ABŞ və Avropa İttifaqınındır”, - deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, “söhbət 320 milyard dollar məbləğində silahlanmadan gedir”.

“ABŞ bizə bu günədək ayrıca 67 milyard dollar silah yardımı edib. Əlavə olaraq büdcəyə 31.5 milyard dollar maliyyə yardımı almışıq”, - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM