satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada 600 minə yaxın uşaq peyvənd ediləcək

Qəzzada 600 minə yaxın uşaq peyvənd ediləcək

Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu poliomielit virusunun yayılması ilə əlaqədar Qəzza zolağında 600 minə yaxın uşağı peyvənd edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 22-dən 26-dək 10 yaşa qədər 591 mindən çox uşaq peyvənd olunacaq.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qəzza zolağının müxtəlif bölgələrindən götürülmüş nümunələrin 88%-də virusun mövcudluğu müəyyən edilib. Buna səbəb isə virusun dağılmış infrastruktur səbəbindən yaranan antisanitar şəraitdə sürətlə yayılmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM