satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Departamenti İsrailə silah tədarükünü sürətləndirəcək

Dövlət Departamenti İsrailə silah tədarükünü sürətləndirəcək

ABŞ dövlət katibi Marko Rubio İsrailə 4 milyard dollar dəyərində silah tədarükünün sürətləndirilməsi barədə göstəriş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Rubio, həmçinin ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyasının bəzi silah növlərinin İsrailə verilməsinə qoyduğu məhdudiyyətləri əsassız və siyasiləşdirilmiş adlandırıb.

O, vurğulayıb ki, bu, İsrailin Ağ Evdə Trampdan daha böyük müttəfiqinin olmadığının başqa bir göstəricisidir.

Qeyd edək ki, Bayden 2024-cü ilin mayında Qəzza zolağında mərmilərdən istifadənin mülki şəxslərə vura biləcəyi zərəri əsas gətirərək İsrailə müasir hava bombalarının tədarükünə qadağa qoyub. Bu ilin yanvarında Tramp qadağanın aradan qaldırıldığını bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM