satellite   Azerspace-1: 11135 H 30000

Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir

Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evdə onunla bağlı çəkişmənin nəticələri aradan qaldırılacağına və Kiyev ilə Vaşinqtonun konstruktiv münasibətlərə qayıdacağına əmindir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu dövlət başçısı Böyük Britaniyanı tərk etməzdən əvvəl Stansted hava limanında britaniyalı jurnalistlərə deyib.

“Mən əminəm ki, hazırkı vəziyyət aradan qaldırılacaq”, – deyə Zelenskinin sözlərini “Sky News” sitat gətirib.

O əmin edib ki, əgər gələcək danışıqlar konstruktiv olarsa, o zaman “müsbət nəticələr” gələcək.

Zelenski həmçinin bildirib ki, Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir.

“Biz ABŞ ilə işləyirik, əvvəllər ABŞ Konqresinin təsdiq etdiyi yardım silah şəklində gəlir”, – Zelenski vurğulayıb. “Biz yeni dəstəyə ümid etmək istəyirik”, – o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM