satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Karolina meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edib

Cənubi Karolina meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edib

Cənubi Karolina ştatında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ştatın qubernatoru Henri Makmasterin saytında yerləşdirilən məlumatda deyilir.

Qubernatorun fərmanı artıq görülən tədbirləri tamamlamaq məqsədi daşıyır. Belə ki, indi ştat sakinlərinə ocaq yandırmaq qadağandır. Bəyanatda qeyd olunub ki, qanunu pozanlar “törətdikləri əməllərə görə qanuna uyğun olaraq cavab verəcəklər”.

Yanğınsöndürmə idarəsinin məlumatına görə, Cənubi Karolinada təxminən 17 kvadrat kilometr ərazini əhatə edən 175 alışma ocağı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM