satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib

ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib

Ukrayna ilə nadir torpaq metalları üzrə saziş hazırda müzakirə olunmur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent CBS telekanalına bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Amerika və Ukrayna xalqları arasında sıx əlaqəni göstərmək üçün Ağ evə gəlməli və sazişi imzalamalı idi, lakin siyasətçi bunu “pozmaq” qərarına gəlib.

Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında baş vermiş mübahisə səbəbindən sazişin imzalanması baş tutmamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM