Peskov: Tramp-Zelenski danışıqları Ukrayna münaqişəsinin həllinin mürəkkəbliyini göstərir

Peskov: Tramp-Zelenski danışıqları Ukrayna münaqişəsinin həllinin mürəkkəbliyini göstərir

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında cümə günü aparılan danışıqlar zamanı baş verən insident Ukrayna münaqişəsinin nizamlanmasına nail olmağın nə qədər çətin olacağını nümayiş etdirib.

NUHÇIXAN Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, kollektiv Qərb kollektivliyini qismən itirməyə başlayıb, “kollektiv Qərbin parçalanması gedir, bir sıra ölkələrin və ölkə qruplarının mövqelərində nüanslar nəzərə çarpmağa başlayıb. Müharibəyə dəstək və hərbi əməliyyatların davam etdirilməsini təmin etmək baxımından Ukraynanı bundan sonra da dəstəkləməyə hazır olduğunu bəyan edən ölkə qrupları qalır.

Eyni zamanda, Peskov vurğulayıb ki, gündəlikdə hansısa koordinasiya edilmiş, müfəssəl sülh planının olduğunu söyləmək hələ tezdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM