satellite   Azerspace-1: 11135 H 30000

Fransa XİN Ukraynada təklif olunan bir aylıq atəşkəsin məqsədini açıqlayıb

Fransa XİN Ukraynada təklif olunan bir aylıq atəşkəsin məqsədini açıqlayıb

Fransanın Prezidenti Emmanuel Makron və Britaniyanın Baş naziri Kir Starmerin Ukraynada təklif etdiyi bir aylıq atəşkəs Rusiyanın münaqişəni bitirməyə hazır olmasını "yoxlamaq" məqsədi daşıyır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “France Inter” radiosuna Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanın atəşkəsə hazır olduğunu yoxlamaq üsuludur.

Daha əvvəl Makron Starmerlə birlikdə Ukraynada havada, dənizdə və enerji infrastrukturu ilə bağlı bir aylıq atəşkəs təklifi irəli sürdüyünü bildirib. O, cəbhə xəttinin uzun olması səbəbindən atəşkəsə riayət olunmasını yoxlamağın çətin olduğunu əsas gətirərək, təklifin quru ərazidəki vəziyyəti əhatə etmədiyini izah edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM