Türkiyə 1500-cü ildən indiyədək 7 və daha böyük maqnitudada 20-dən çox zəlzələ ilə sarsılıb

Türkiyə 1500-cü ildən indiyədək 7 və daha böyük maqnitudada 20-dən çox zəlzələ ilə sarsılıb

Türkiyə coğrafi yerləşməsi baxımından 1500-cü ildən indiyədək fərqli dövrlərdə 7 və daha böyük maqnitudada 20-dən çox zəlzələ ilə sarsılıb. 2023-cü il fevralın 6-da baş verən, episentri Pazarcık (7,7 bal) və Elbistan (7,6 bal) olan zəlzələlər nəticəsində ölkənin 11 şəhərində böyük dağıntılar meydana gəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum zəlzələ həftəsi ilə bağlı açıqlamasında bildirib.

Türkiyənin seysmik baxımdan çox aktiv bir bölgədə, Avrasiya, Ərəb və Afrika litosfer plitələri arasında yerləşdiyini qeyd edən nazir bildirib ki, ölkənin Anadolu bölgəsinin şimalı, şərqi və qərbi seysmik xətlər baxımından zəlzələ zonasına daxildir.

“Mütəxəssislər Türkiyə əhalisinin təxminən 60 faizinin aktiv və dağıdıcı təsirə malik zəlzələ bölgələrində məskunlaşdığını bildirir. Bu səbəbdən, ölkədə binaların şəhərsalma layihəsi çərçivəsində zəlzələyə davamlı inşa edilməsi həyati əhəmiyyət daşıyır”- deyə vurğulayan Murat Kurum yeraltı təkanlara qarşı mübarizədə yeganə çıxış yolunun şəhərsalmanın yenilənməsi olduğunu bildirib.

İstanbulda bu istiqamətdə aparılan işlərə toxunan nazir deyib: “İstanbuldakı mövcud 7,5 milyon binadan 1,5 milyonu risk altındadır. 600 min bina hər an uçmaq təhlükəsi ilə üz-üzədir. İndiyədək şəhərdə nazirliyin dəstəyi ilə 923 min müstəqil ərazinin yenidən qurulması tamamlanıb, 134 min bölgədə bu istiqamətdə işlər davam edir”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM