satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada terror aktı törətmək istəyən dörd nəfər məhv edilib

Rusiyada terror aktı törətmək istəyən dörd nəfər məhv edilib

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində keçirilən antiterror əməliyyatı zamanı Kaspiyski şəhərində Daxili İşlər Nazirliyinin obyektində terror aktı törətmək istəyən 4 nəfər məhv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, mülki əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində və yaxınlıqdakı anbarda qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və onlar üçün döyüş sursatı aşkar ediblər.

Mövcud məlumata görə, dəstənin fəaliyyətini beynəlxalq terror təşkilatı “İŞİD”in üzvləri koordinasiya edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM