satellite   Azerspace-1: 11135 H 30000

PKK/YPG terrorçuları Hələbi tərk edir

PKK/YPG terrorçuları Hələbi tərk edir

Suriyada "demokratik qüvvələr" adı altında fəaliyyət göstərən PKK/YPG terrorçuları Dəməşq hakimiyyəti ilə əldə edilən razılığa uyğun olaraq Hələb şəhərinin mərkəzini tərk etməyə başlayıblar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini 2012-ci ildə işğal edən terrorçular aprelin 1-də bu məhəllələrlə bağlı imzalanan yeni razılaşmaya əsasən Fəratın şərqinə doğru geri çəkilirlər.

Təxminən 250 terrorçunu aparan 35 avtomaşından ibarət ilk karvan Hələbdən ayrılıb. Karvanda üzərində ağır silahlar olan hərbi avtomobillər də var.

Digər terrorçuların da yaxın günlərdə ərazini tərk etməyə davam edəcəkləri gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM