satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə atışma olub, azı 5 nəfər ölüb

Türkiyədə atışma olub, azı 5 nəfər ölüb

Türkiyənin şimal-qərbində silahlı insidentdə azı beş nəfər ölüb, bir o qədər də yaralanıb.

Naxçıvan televiziyası “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

“Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb. Silahlı dava zamanı beş nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM