satellite   Azerspace-1: 11135 H 30000

HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb

HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb

Fələstinin HƏMAS hərəkatı özlərini israilli girov kimi təqdim edən iki nəfərin videosunu yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, onların görüntülərini hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları qrupu yayıb.

Videodakı şəxslər özlərini təqdim etməyiblər və ya özləri haqqında heç bir məlumat verməyiblər. İsrailin Ynet portalı onlardan birinin Donbasdan olan Maksim Xarkin, digərinin isə israilli Bar Kuperşteyn olduğunu iddia edir.

Həmin şəxslər videomüraciətləri zamanı İsrail hərbçilərinin Qəzza zolağının bombalaması nəticəsində yüngül xəsarətlər aldıqlarından şikayətləniblər. Onlar, həmçinin pis şəraitdə saxlandıqlarını bildiriblər, tezliklə su və yeməklərinin tükənəcəyindən qorxduqlarını söyləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM