satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb

ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb.

Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.

Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM