satellite   Azerspace-1: 11135 H 30000

Moskvada Rusiya, Çin və İran nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək

Moskvada Rusiya, Çin və İran nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək

Aprelin 7-8-də Moskvada Rusiya, Çin və İran arasında Tehranın nüvə proqramı ilə bağlı üçtərəfli məsləhətləşmələr keçiriləcək.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai həftəlik brifinqdə bildirib.

"Bu gün və ya sabah Moskvada növbəti üçtərəfli görüş keçiriləcək. Görüşdə Çin, Rusiya və İran nüvə məsələləri, Birgə Hərtərəfli Fəaliyyət Planı və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə bağlı müxtəlif aspektləri müzakirə edəcəklər", - diplomat qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM