Hindistanda atışma nəticəsində 25 turist ölüb

Hindistanda atışma nəticəsində 25 turist ölüb

Hindistanın şimalındakı Cammu və Kəşmirdə baş verən atışma nəticəsində ən azı 25 turist həlak olub, 20-yə yaxın turist isə yaralanıb.

NTV  xəbər verir ki, bu barədə “The Print” portalı məlumat yayıb.

Hakimiyyət orqanları ölən və yaralananların sayını hələ açıqlamayıb.

"Bu hücum son illərdə mülki şəxslərə qarşı yönəldilmiş hücumlardan olduqca böyükdür", - regionun rəhbəri Ömər Abdulla bildirib.

Hadisə bölgəyə gələn qonaqlar arasında məşhur olan Pahalqamda baş verib. Naməlum silahlı şəxslər Baysaran vadisində turistlərə atəş açıblar. İnsidentin təfərrüatları araşdırılır. Yerli hakimiyyət hadisəni terror aktı adlandırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM