Türkiyənin daxili işlər naziri: AFAD və digər qurumlarla araşdırmalara başlanılıb

Türkiyənin daxili işlər naziri: AFAD və digər qurumlarla araşdırmalara başlanılıb

AFAD və digər adiyyatı qurumlarla ərazidə işlər davam etdirilir.

NTV  xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

O İstanbulda baş verən zəlzələdən sonra bütün qrupların sahə araşdırmalarına başladığını açıqlayıb:

"İstanbulun Mərmərə dənizi bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib. Ətraf şəhər və qəsəbələrdə də hiss edilən zəlzələ ilə bağlı aidiyyatı qurumlarımızın bütün qrupları çöl araşdırmalarına başlayıb. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza tezliklə şəfa diləyirəm. Allah ölkəmizi və millətimizi bəlalardan qorusun".

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM