İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.
NTV xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıblar.
14:50
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
NTV -nin "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər.
Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib.
Partlayışın səbəbi araşdırılır.
14:18
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.
NTV "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.
Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
14:12
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.
NTV -nin TASS-a istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.
"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.