ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib

ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib

ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib.

 

NTV xəbər verir ki, İranın dövlət televiziyası Omanda keçirilən danışıqların üçüncü raundunun başa çatdığını bildirib.

 

Məlumata görə, İranın nüvə proqramı ətrafında böhranın həllinə dair keçirilən danışıqlarda nümayəndə heyətləri gələcək razılaşma ilə bağlı hər iki tərəfin gözləntiləri üzrə bəzi detalları dəqiqləşdirə biliblər.

 

***

 

13.14

 

Omanda İran və ABŞ arasında danışıqların üçüncü raundu başlayıb.

 

APA xəbər verir ki, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edir.

 

Qeyd edək ki, bu gün iki ölkə arasında həm ekspertlər səviyyəsində texniki danışıqlar, həm də yüksək səviyyəli diplomatik görüşlər keçiriləcək.

 

Uitkoff və Araqçi arasında son görüş ötən şənbə Romada keçirilib. Hər iki tərəf həmin görüşün yekununda müsbət açıqlamalar verib.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM