satellite   Azerspace-1: 11135 H 30000

İranın Şəhid Rəcai limanında partlayış zamanı ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB6

İranın Şəhid Rəcai limanında partlayış zamanı ölənlərin sayı 40-a çatıb<font color='red'> - YENİLƏNİB6</font>

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

 

NTV xəbərinə görə, bunu əyalətin qubernatoru Məhəmməd Aşuri deyib.

 

Bundan əvvəl İran rəsmiləri və mediası 36 nəfərin öldüyünü və 1241 nəfərin yaralandığını bildirib.

 

17:42

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.

 

NTV xəbər verir ki, bunu ILNA-ya müsahibəsində İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.

 

Bundan əvvəl ölü sayı 28 nəfər təşkil edirdi.

 

13:12

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.

 

NTV xəbər verir ki, bu barədə “Press TV” agentliyi məlumat yayıb.

 

Bundan əvvəl ölü sayı 25 nəfər təşkil edirdi.

 

11:30

İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.

NTV  “Fars”a istinadən xəbər verir ki, bu barədə aprelin 27-də ostan məhkəmə sisteminin rəhbəri Müctəba Kahremani məlumat yayıb.

 

“Faciəli hadisə 25 nəfərin həyatına son qoyub”, – o söyləyib.

 

İranın daxili işlər naziri İskəndər Momeni öz növbəsində qeyd edib ki, limanda yanğın 80 % lokallaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə işlər yaxın saatlarda başa çatdırılmalıdır.

 

10:40

İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.

 

NTV xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.

 

“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.

 

08:52

İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Bu barədə NTV “Mehr” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.

Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM