satellite   Azerspace-1: 11135 H 30000

Məsud Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər

Məsud Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər

Biz qonşu olaraq bir-birimizə çox kömək edə bilərik.

NTV xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən deyib.

Dövlət başçısı qeyd edib ki, ölkələr arasında əməkdaşlıq imkanları mövcuddur: “İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Ölkələrimiz arasında sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq edə bilərik. Universitetlərimiz arasında əlaqələr yarada, görüşlərdə ticarət əlaqələrini müzakirə edə bilərik”.

“Bu tay, o tay bir birmizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”, - İran Prezidenti vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM