satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyədə 4 milyon 33 min miqrant var

Ərdoğan: Türkiyədə 4 milyon 33 min miqrant var

Türkiyədə 4 milyon 33 min miqrant var.

NTV  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Miqrasiya İdarəetmə Proqramının təqdimatındakı çıxışı zamanı deyib.

O, miqrantların 2 milyon 768 mininin müvəqqəti qoruma statusunda olduğunu bildirib: "Eləcə də 1 milyon 90 min miqrant yaşayış icazəsi ilə, 176 mini isə beynəlxalq mühafizə altında olan suriyalı qardaş və bacılardır".

Ərdoğan Türkiyənin miqrasiya məsələsi ilə bağlı həssaslığını ifadə edib: "Miqrasiya məsələsi bütün dünyanın gündəmindədir. Çətinliklər üzündən milyonlarla insan öz vətənlərini tərk etmək məcburiyyətində qalır".

Türkiyə Prezidenti dünya üzrə son 10 ilin statistikasına diqqət çəkib: "Dünya üzrə 281 milyondan çox insan miqrasiya edib. Son 10 ildə 72 mindən çox insan başqa ölkələrə miqrasiya edərkən yollarda həyatını itirib. Nə qədər ki müharibələr bitməyib, miqrantların da sayı artmaqdadır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM