satellite   Azerspace-1: 11135 H 30000

Səfir: Pekin Azərbaycanın suverenliyinin müdafiəsi məsələsində Bakını dəstəkləməyə davam edəcək

Səfir: Pekin Azərbaycanın suverenliyinin müdafiəsi məsələsində Bakını dəstəkləməyə davam edəcək

Çin Azərbaycanı suverenlik, ərazi bütövlüyü, həmçinin təhlükəsizliyinin müdafiəsi məsələsində qətiyyətlə dəstəkləməyə davam edəcək.

NTV-nin məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey bəyan edib.

O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev "Azərbaycanın Çin hökumətinin Tayvanla ölkənin birləşməsinin həyata keçirilməsi üçün bütün səylərini qətiyyətlə dəstəklədiyini" bir daha təsdiqləyib.

Diplomat qeyd edib ki, Azərbaycan Prezidentinin Çinə səfəri iqtisadiyyat, ticarət, nəqliyyat, aerokosmik sənaye, elm və texnologiya, mədəniyyət və yerli özünüidarəetmə sahələrində 20 sənədin imzalanması ilə əlamətdar olub.

"Tərəflər investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması, azad ticarət sazişi üzrə danışıqların başlanması, beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günlərinin və turizmin təşviqi tədbirlərinin birgə təşkili və s. kimi sahələrdə bir sıra konkret razılaşmalara nail olublar ki, bu da hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş imkanlar açır", - deyə səfir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM