satellite   Azerspace-1: 11135 H 30000

Tramp Kanadada seçki günü onun ABŞ-yə qoşulmasının zəruriliyini təkrar edib

Tramp Kanadada seçki günü onun ABŞ-yə qoşulmasının zəruriliyini təkrar edib

ABŞ Prezidenti Donald Tramp Kanadada növbədənkənar parlament seçkiləri günü növbəti dəfə bu ölkənin Amerikanın 51-ci ştatı olmalısının zəruriliyini vurğulayıb.

NTV xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.

“Kanadanın ABŞ-nin dəyərli 51-ci ştatı olması ilə vergilərinizi yarıbayarı endirmək, hərbi gücünüzü heç bir ödəniş etmədən dünyada ən yüksək səviyyəyə çatdırmaq və avtomobil, polad, alüminium, odun, energetika və digər sənayelərinizi dörd dəfə artırmaq üçün gücü və müdrikliyi olan adamı seçin. Daha aramızda uzun illər öncə çəkilmiş süni sərhəd olmasın”, - Tramp yazıb.

O, Kanadanın ABŞ-yə qoşulmasının hıeç bir mənfi tərəfinin olmayacağını iddia edib: “Amerika keçmişdə olduğu kimi Kanadaya daha ildə yüz milyardlarla dollar verə bilməz. Kanada ştatımıza çevrilməyincə bunun heç bir mənası yoxdur”.

Qeyd edək ki, Tramp əvvəllər dəfələrlə çox sayda kanadalının öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasına tərəfdar olduqlarını, belə bir birliyin iqtisadi sabitlik gətirəcəyinə və ölkəni xüsusilə Rusiya və Çindən gələn xarici təhdidlərdən qoruyacağına inandığını bildirib. Kanadanın Baş naziri Mark Karni isə dəfələrlə bəyan edib ki, ölkəsi heç vaxt, heç bir formada ABŞ-nin bir hissəsi olmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM