satellite   Azerspace-1: 11135 H 30000

Pekin Si Cinpin ilə Donald Tramp arasında telefon danışığı iddialarını təkzib edib

Pekin Si Cinpin ilə Donald Tramp arasında telefon danışığı iddialarını təkzib edib

Çinin Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezident Donald Tramp arasında yaxın zamanlarda telefon danışığının olmadığını bəyan edib.

NTV xəbər verir ki, nazirliyin rəsmisi Quo Ciakun ABŞ Prezidenti Donald Trampın “Time” jurnalının müsahibəsində ÇXR Sədri Si Cinpinin ona zəng etməsi barədə açıqlamasını şərh edərkən belə deyib.

Quo Ciakun, ümumiyyətlə iki ölkə arasında rüsum məsələsinə dair heç bir danışığın aparılmadığını açıqlayıb. "Bir daha izah edim ki, Çin və Amerika Birləşmiş Ştatları rüsum məsələsi ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmır", - deyə Çin XİN rəsmisi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM