satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada meşə yanğınlarının əsas hissəsi nəzarət altına alınıb

Cənubi Koreyada meşə yanğınlarının əsas hissəsi nəzarət altına alınıb

Cənubi Koreyanın Tequ şəhəri yaxınlığında Hamci dağında aprelin 28-də başlayan meşə yanğını nəzarət altına alınıb.

NTV Cənubi Koreyanın meşə xidmətinə istinadla xəbər verir ki, 23 saatlıq əməliyyatdan sonra yanğını nəzarət altına almaq mümkün olub. Yanğın 260 hektar sahəyə ziyan vurub. Yanğınla mübarizəyə 1515 nəfər şəxsi heyət, 400 texnika, 2 helikopter cəlb olunub.

Səlahiyyətli qurumlar güclü küləyin yanğını daha çox əraziyə yayması ehtimalını əsas götürərək ən yuxarı səviyyədə təhlükə xəbərdarlığı elan edib. Təbii fəlakət zonasından 2 mindən çox sakin təxliyə edilib. Yanğın nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Yanğın təhlükəsinə görə bağlanan magistral yolda hərəkət bərpa edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM