satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Özbəkistanda IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb - FOTOLAR

Azərbaycan Özbəkistanda IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Özbəkistanda IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Özbəkistanda IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Özbəkistanda IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb.

Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Özbəkistanın Xivə şəhərində keçirilən IV Beynəlxalq Baxşı Festivalında Azərbaycanı Mədəniyyət və İncəsənət Universiteti Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli (saz), Pərviz Mirzəyev (balaban), Asim Quliyev (nağara) və Abuzər Şöyübovdan (qoşanağara) ibarət "Şirvan" sazçı folklor qrupu təmsil edib.

Çıxışına ustadnamə ilə başlayan musiqi qrupu dörd aşıq havasını kompozisiya şəklində təqdim edib.

Beynəlxalq münsiflər heyətində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva (Aşıq Samirə) da yer alıb.

Xatırladaq ki, 40-dan çox ölkədən ifaçıların qatıldığı festival Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə gerçəkləşib.

Festival çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu və “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” adlı beynəlxalq elmi konfrans da keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM