satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb

Qazaxıstanda təcili eniş edən “An-2” təyyarəsi 8 saat sonra tapılıb

Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə “An-2” təyyarəsi təcili eniş edib.

NTV  Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, xilasedicilər onu səkkiz saat sonra aşkar ediblər.

"Qızılorda vilayətində "Tan-Kumkol" istiqamətində hərəkət edən “An-2” təyyarəsi məcburi eniş edib. Təyyarənin göyərtəsində 3 nəfər olub. Ekipajla əlaqə olmayıb, onların olduğu yer məlum deyildi. 8 saatlıq axtarışlardan sonra, gecə yarısı itkin düşənlər çöldə tapılıblar", - nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, onlara tibbi yardım lazım olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM