satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada anomal istilər səbəbindən iki nəfər ölüb

İtaliyada anomal istilər səbəbindən iki nəfər ölüb

İtaliyada Afrika antisiklonunun güclənməsi ilə müşahidə olunan qızmar isti səbəbindən iki nəfər ölüb.

NTV xəbər verir ki, Palermo və Bolonyada 53 və 47 yaşlarında iki nəfər həddindən artıq istinin təsirindən vəfat edib. Viçenzada isə iki nəfərin günvurmadan xəstəxana yerləşdirildiyi və birinin komada olduğu bildirilib.

Səhiyyə Nazirliyi 18 şəhərdə qırmızı xəbərdarlıq elan edib. Müxtəlif bölgələrdə havanın temperaturu 40 dərəcədən yüksəkdir. Ölkə üzrə xəstələnənlər və fövqəladə xidmətlərə günvurma şikayəti ilə müraciət edənlərin sayı da artmaqdadır.

Florensiya və Berqamo şəhərlərində isə elektrik istehlakının artması və istilər səbəbindən kabellərin həddindən artıq qızması, hər iki şəhərdə elektrik enerjisinin bir müddət kəsilməsinə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM