satellite   Azerspace-1: 11135 H 30000

Londonun Sautend hava limanı biznes-jetin qəzaya uğramasından sonra fəaliyyətini dayandırıb

Londonun Sautend hava limanı biznes-jetin qəzaya uğramasından sonra fəaliyyətini dayandırıb

Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığındakı Sautend hava limanı iyul 13-də kiçik təyyarənin qəzaya uğramasından sonra fəaliyyətini dayandırıb.

NTV xəbər verir ki, bu barədə "Reuters" hava limanına istinadən məlumat yayıb.

"Bütün uçuşlar ləğv edilib, hadisə araşdırılır", - məlumatda bildirilib.

Qeyd edək ki, “Beechcraft King Air B200” biznes-jeti iyul 13-də günorta saatlarında Sautend hava limanında qəzaya uğrayıb.

Məlumata görə, təyyarə havaya qalxdıqdan dərhal sonra partlayıb. Ölən və yaralananların sayı dəqiqləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM