satellite   Azerspace-1: 11135 H 30000

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

İyulun 13-də London yaxınlığındakı Southend hava limanında baş verən təyyarə qəzası nəticəsində dörd nəfər həlak olub.

NTV BBC-yə istinadla xəbər verir ki, Esseks polisinin hadisə ilə bağlı verdiyi açıqlamada ölənlərin hamısının xarici vətəndaşlar olduğu bildirilib.

Hadisə bazar günü yerli vaxtla saat 16:00-dan az əvvəl baş verib. 12 metrlik “Beech B200 Super King Air” tipli təyyarə havaya qalxdıqdan qısa müddət sonra partlayışla müşayiət olunan qəza baş verib. Şahidlər təyyarənin havaya qalxdıqdan dərhal sonra alışıb yanan bir top kimi partladığını bildiriblər.

Qəza nəticəsində təyyarədə olan iki pilot və iki sərnişin həyatını itirib. Həlak olan şəxslərin adları açıqlanmayıb. Hüquq-mühafizə orqanları onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.

Mülki Aviasiya İdarəsi qəzanın baş verdiyi ərazidə geniş hava məhdudiyyət zonası tətbiq edib. Hadisədən sonra Southend hava limanı bağlanıb və iyulun 14-ü üçün bütün reyslər başqa hava limanlarına yönləndirilib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM