İndoneziyanın Qərbi Sumatra əyalətindəki Mentavay adaları yaxınlığında qayığın batması nəticəsində 11 nəfər itkin düşüb, 7 nəfər isə xilas edilib.
NTV xəbər verir ki, bu barədə yerli xilasetmə agentliyi məlumat yayıb. Bildirilib ki, qəzanın baş vermə səbəbi hava şəraitinin pis olmasıdır.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
