Serbiyada müşahidə olunan anomal istilərlə əlaqədar növbəti 5 gün üçün qırmızı hava xəbərdarlığı elan edilib.
NTV xəbər verir ki, bu ölkədə növbəti günlərdə havanın temperaturunun 32-42 dərəcə aralığında olacağı bildirilib. Əhaliyə kölgə yerlərdə qalmaq və günorta saatlarında küçəyə çıxmamaq tövsiyə edilib. Xroniki xəstələrin, xüsusilə ürək xəstələrinin və həssas insanların daha diqqətli olmaları məsləhət görülüb.
