satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada helikopter qəzaya uğrayıb

Almaniyada helikopter qəzaya uğrayıb

Almaniyanın Saksoniya əyalətində helikopter qəzaya uğrayıb.

NTV yerli mediaya istinadla xəbər verir ki, silahlı qüvvələrə (Bundesver) məxsus olduğu bildirilən helikopter Mulde çayına düşüb. Helikopterdə neçə nəfərin olması barədə məlumat verilməyib. Hazırda pilotun və ehtimal edilən digər heyət üzvlərinin axtarışları davam etdirilir. Qəza yerinə xeyli sayda yanğınsöndürən, xilasedici və polis qüvvələri, eləcə də suda axtarış işlərinə dalğıclar cəlb olunub.

İlkin məlumata görə, qayıqçılar helikopterin hissələrini çayda gördükdən sonra dərhal polisə məlumat veriblər. Polis qəza yerini hərbi qadağan zonası elan edib və bütün vətəndaşlara foto və video çəkməyi qəti şəkildə qadağan edib. Bundan əlavə, qəza yerinin üzəri uçuşlara qadağa zonası elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM