satellite   Azerspace-1: 11135 H 30000

"Klyuçevskaya sopka" vulkanında lava püskürməsi qeydə alınıb

"Klyuçevskaya sopka" vulkanında lava püskürməsi qeydə alınıb

Kamçatkada "Klyuçevski sopka" vulkanının püskürməsi zamanı qərb yamacı boyunca qaynar lava axını müşahidə olunur.

NTV-nin Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat verib.

"İlkin məlumat. Qərb yamacı boyunca qaynar lava axını müşahidə olunur. Vulkan üzərində güclü parıltı, partlayışlar", - məlumatda deyilir.

16:52

Kamçatka diyarında regionda baş verən böyük zəlzələdən sonra "Klyuçevskaya sopka" vulkanının püskürməsi qeydə alınıb.

NTV xəbər verir ki, bu, Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının məlumatı sübut edir.

"Hazırda vulkanın püskürməsi baş verir", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün Kamçatkada 1952-ci ildən bəri ən güclü, 8,7 maqnitudalı zəlzələ baş verib. Sunami təhlükəsi elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM