satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN İtaliya Prezidentini “rusofoblar” siyahısına salıb

Rusiya XİN İtaliya Prezidentini “rusofoblar” siyahısına salıb

Rusiyanın Xarici İşlər Nazirliyi İtaliya Prezidenti Sercio Mattarellanın, bu ölkəsinin Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin və müdafiə naziri Quido Krosettonun adlarını “rusofoblar” siyahısına daxil edib.

NTV xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni bu siyahını diqqəti rəsmi Moskvanın ağır məsuliyyətlərindən yayındırmaq məqsədi daşıyan, beynəlxalq ictimaiyyətə yaxşı məlum olan və əvvəldən qınanan növbəti təbliğat əməliyyatı kimi tənqid edib. O, Rusiya tərəfinin bu addımını qəbulolunmaz təxribat kimi qiymətləndirib.

İtaliya Senatının sədri İqnazio Benito Maria La Russa ölkə rəsmilərinə qarşı yönəlmiş təhdidləri ciddi və qəbuledilməz adlandırıb. İtaliya müxalifətinin nümayəndələri də Prezident Sercio Mattarellaya dəstək və həmrəylik ifadə ediblər.

Eyni zamanda, Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə çağırılıb.

Siyahıda Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın da adı var.

Qeyd edək ki, “Rusofobiyanın təzahürlərinin nümunələri” Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bölmənin adıdır və faktiki olaraq RF-nin “düşmənləri”nin qara siyahısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM