satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Kiyevə raket zərbələri endirib, 6 nəfər ölüb - YENİLƏNİB

Rusiya Kiyevə raket zərbələri endirib, 6 nəfər ölüb<font color='red'> - YENİLƏNİB</font>

Rusiya Silahlı Qüvvələrinin Kiyevə kütləvi hücumları nəticəsində azı 6 nəfər həlak olub.

NTV Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkələrdə bildirib.

"Hazırda 6 nəfərin həlak olduğu təsdiqlənib. Xilasetmə əməliyyatı davam edir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, dağıntıların təmizlənməsi üzrə iş aparılır.

T.Tkaçenko qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərlə zərbələri nəticəsində 27-dən çox məkanda dağıntılar olub. Onun sözlərinə görə, Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseevski rayonları daha çox zərər çəkib.

08:29

Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 43 nəfər yaralanıb, bir nəfər həlak olub.

NTV Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Qeyd olunur ki, zərbələrin nəticələri bir neçə rayonda müşahidə olunur, evlər zədələnib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 26 nəfər paytaxtın tibb müəssisələrinə yerləşdirilib, həlak olan qadının meyidi dağıntılar altından çıxarılıb.

Qurumdan bildirilib ki, yaralananlar arasında çağırışa gedən üç polis əməkdaşı da var.

"Raketlərdən biri yaşayış binasına düşüb. Binanın bir girişi tamamilə dağıdılıb", - məlumatda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM