satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də təyyarə hava burulğanına düşüb, 25 nəfər xəstəxanaya yerləşdirilib

ABŞ-də təyyarə hava burulğanına düşüb, 25 nəfər xəstəxanaya yerləşdirilib

Solt-Leyk-Sitidən (ABŞ) Amsterdama (Niderland) uçan təyyarə turbulentliyə (hava burulğanı) düşüb, 25 nəfər xəstəxanaya çatdırılıb.

NTV TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında yerləşdirilən bəyanatda deyilir.

“Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı hava burulğanı ilə qarşılaşdıqdan sonra məcburi eniş edib.

"Airbus A330-900" təyyarəsi Minneapolisdəki hava limanına uğurla eniş edib. Təyyarədə olan şəxslərdən 25 nəfəri yerli xəstəxanalara çatdırılıb", - bəyanatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM