satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Qırğızıstan hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Azərbaycan-Qırğızıstan hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov avqustun 8-də Qırğızıstanın Nazirlər Kabinetinin sədrinin müavini Edil Baysalov ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin və sıx təmaslarının dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında və ardıcıl şəkildə inkişaf etməsində ən mühüm amil olduğu vurğulanıb.

İki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

S.Şərifovun həmsədri olduğu Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sonlarında Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM