satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Ordusu Əfqanıstan ərazisindən daxil olan 30-dan çox yaraqlını öldürüb

Pakistan Ordusu Əfqanıstan ərazisindən daxil olan 30-dan çox yaraqlını öldürüb

Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə Hindistanın dəstəklədiyi 33 yaraqlının öldürüldüyünü bildiriblər.

Bu barədə NTV Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat verir.

"Avqustun 7-dən 8-nə keçən gecə təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində Pakistan-Əfqanıstan sərhədini keçməyə çalışan yaraqlılardan ibarət dəstənin hərəkətini aşkar ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, yaraqlılar ələ keçirilib. Bundan əlavə, silah, sursat və partlayıcı maddələr aşkar edilərək götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM