satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Odessada SOCAR-ın neft bazasına zərbə endirib

Rusiya Odessada SOCAR-ın neft bazasına zərbə endirib

Avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub.

NTV xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

Mənbələrin məlumatına görə, yanğın qısa zamanda lokallaşdırılıb. Zərbələr nəticəsində 4 əməkdaş ağır yaralanıb, onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM