satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada meşə yanğını davam edir

İtaliyada meşə yanğını davam edir

İtaliyanın Kampaniya regionundakı Vezuvi vulkanının ətəklərində avqustun 9-da başlayan meşə yanğını geniş əraziyə yayılıb.

NTV xəbər verir ki, bölgəyə əlavə 80 yanğınsöndürən və 4 təyyarə göndərilib. Vezuvi Milli Parkının da ərazisinə yayılan yanğının söndürülməsi üçün əməliyyatlar 48 saatdan çoxdur davam edir. Əməliyyatlara könüllülər də cəlb olunublar.

Qeyd edək ki, İtaliyada bu ilin əvvəlindən 850-dən çox meşə yanğını olub, nəticədə 57 min hektaradək sahə yanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM