satellite   Azerspace-1: 11135 H 30000

Hindistan aviaşirkəti sentyabrdan Vaşinqtona uçuşları dayandırır

Hindistan aviaşirkəti sentyabrdan Vaşinqtona uçuşları dayandırır

Hindistanın”Air India” aviaşirkəti geniş gövdəli təyyarələrin çatışmazlığı səbəbindən bu ilin sentyabrın 1-dən Dehli və Vaşinqton arasında birbaşa uçuşları dayandırmağı planlaşdırır.

Bu barədə NTV “Times of India”ya istinadən məlumat verir.

"Uçuşların dayandırılması “Air India”nın donanmasında planlaşdırılan ixtisarlarla əlaqədardır, çünki ötən ay aviaşirkəti 26 ədəd “Boeing 787-8” təyyarəsinin modernləşdirilməsi üzrə genişmiqyaslı proqramın həyata keçirilməsinə başlayıb. Müştəri xidmətinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına yönəlmiş bu proqram bir neçə təyyarənin ən azı 2026-cı ilin sonuna qədər istismardan çıxarılmasını nəzərdə tutur", - aviaşirkətin açıqlamasında deyilir.

“Air India” Toronto və Vankuver daxil olmaqla, Şimali Amerikada altı təyinat məntəqəsi ilə Hindistan arasında birbaşa uçuşları davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM