satellite   Azerspace-1: 11135 H 30000

Alman sənayesinin nümayəndələri rəqabət qabiliyyətinin azalmasından narahatdır

Alman sənayesinin nümayəndələri rəqabət qabiliyyətinin azalmasından narahatdır

Almaniya sənayesi xarici rəqiblərlə müqayisədə rəqabət qabiliyyətinin azalmasından narahatdır.

NTV  „Zeit“ qəzetinə istinadla xəbər verir ki, „Ifo“ İnstitutunun apardığı rəy sorğusunun nəticələrinə əsasən, hər dörd sənaye müəssisəsindən biri Avropa İttifaqından (Aİ) kənar ölkələrlə müqayisədə mövqeyinin zəiflədiyini bildirib.

Aİ ölkələri ilə müqayisədə rəqabət gücünün azaldığını bildirən müəssisələrin payı 13,4 faizdən 12 faizə enib. Sorğuya görə, son vaxtlar heç bir sənaye sahəsində vəziyyət yaxşılaşmayıb. Xüsusilə maşınqayırmada geriləmə daha çox olub. Belə ki, rəqabət qabiliyyətinin azaldığını bildirən müəssisələrin payı 22,2 faizdən 31,9 faizə yüksəlib. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Elektrotexnika sənayesində də rəqabət təzyiqi artıb. Avtomobil sənayesində isə mövqeyini mənfi qiymətləndirən müəssisələrin payı azalaraq, 33 faizdən 16,1 faizə enib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM