satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada yaxta və yük gəmisi toqquşub: ölən və itkin düşənlər var

Yaponiyada yaxta və yük gəmisi toqquşub: ölən və itkin düşənlər var

Yaponiya sahillərində yaxta və yük gəmisinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Bu barədə NTV-yə “Al Arabia”ya istinadən xəbər verir.

Yerli sahil mühafizəsi rəsmiləri bildiriblər ki, çınqıl daşıyan yük gəmisinin kapitanı Yaponiyanın Oita bölgəsindəki Hoto adası yaxınlığında toqquşma barədə məlumat verib.

Mənbənin məlumatına görə, Oitadan olan 70 yaşlı kişi suda huşsuz vəziyyətdə tapılıb. Daha sonra xəstəxanada onun ölümü təsdiqlənib.

Yaxtanın göyərtəsində bir neçə nəfərin olduğu qeyd edilir. Altı sahil mühafizə gəmisi və bir təyyarə itkin düşənlərin axtarışını davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM